• 27 İyul 2024 04:55

Bakı küçələrində narkotik satanlar saxlanıldı

Bakı küçələrində narkotik satanlar saxlanıldı

Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bu barədə məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 12, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Tacxeber.az

Oxşar xəbərlər