• 27 İyul 2024 08:34

“Velosiped pulunu Ukrayna hərbçilərinə tibbi yardım üçün verən azərbaycanlı yeniyetməni unutmaq olarmı?” – Səfir

“Velosiped pulunu Ukrayna hərbçilərinə tibbi yardım üçün verən azərbaycanlı yeniyetməni unutmaq olarmı?” – Səfir

“Müharibənin ilk günlərindən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında dinc aksiyalarla toplaşaraq Ukrayna xalqına dəstək və həmrəyliklərini “Yaşasın Ukrayna! Yaşasın Qəhrəmanlar!” qüdrətli şüarı ilə ifadə edən minlərlə sadə azərbaycanlının narahat üzlərini yaxşı xatırlayırıq”.

Tacxəbər.az  xəbər  verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qələbə resepti” adlı məqaləsində yazıb.

“Yeni velosiped almaq üçün pul yığan və nəticədə bütün əmanətlərini Ukrayna hərbçiləri üçün ilk tibbi yardım dəstləri almağa sərf edən azərbaycanlı yeniyetməni unutmaq olarmı?

Rusiyanın güclü atəşinə tutulan evlərindən tələm-tələsik götürülən əşyalarla Ukraynanı tərk etmək məcburiyyətində qalaraq qonaqpərvər Azərbaycana gələn ukraynalıları səhər yedizdirmək üçün bütün gecəni dolma bişirən yaşlı qadını unutmaq olarmı?

Müharibə dəhşətlərindən keçmiş, son aylarda aldığı təqaüd vəsaitinin böyük hissəsini zərərçəkmiş ukraynalıların ehtiyacları üçün bağışlayan bakılı təqaüdçünün gözlərini unutmaq olarmı?

Həmçinin, azərbaycanlı məktəblilərin Ukraynaya qələbə arzulayan təsirli məktublarını, eləcə də sağlamlaşdırma və reabilitasiya üçün Azərbaycana gəlmiş ukraynalı uşaqların xoşbəxt gözlərini də unutmaq olmaz…” – deyə səfir qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər