Duqinanın ölümü son deyil: “intiharlar” başlayacaq
Duqinanın ölümü son deyil: “intiharlar” başlayacaq
Rus dünyasının ideoloqu Aleksandr Duqinin qızı – Darya Duqinanın qətli Rusiyada sonuncu ölüm deyil, az-çox ictimai insanların, o cümlədən Kremlin təbliğatı ilə bağlı olanların “intiharları” daha çox olacaq.
Tacxeber.az xəbər verir ki, bunu ukraynalı politoloq İqor Reyteroviç deyib.
“Məncə, bu, son ölüm deyil. Yəqin ki, az-çox ictimai insanların, o cümlədən Rusiyanın apardığı bu qeyri-adekvat təbliğatla bağlı olanların “intiharları” olacaq. Rusiya hökuməti və Putin üçün bu, bir daşla iki quş vurmaq cəhdidir: bir tərəfdən gərginliyin dərəcəsini artırmaq, hər şeydə Ukraynanı günahlandırmaq, bəlkə də kütləvi səfərbərliyə getmək üçün, ikincisi, özünə qarşı “iltifatlı” bəyanatlar verməyə başlayanları aradan götürmək üçün…” – politoloq vurğulayıb.