• 08 Oktyabr 2024 12:48

Yunanıstan Türkiyə ilə sərhədə hasar çəkir

Yunanıstan Türkiyə ilə sərhədə hasar çəkir

Yunanıstan Türkiyə sərhədindəki Evros çayı boyunca hasar çəkəcək.

Tacxeber.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətindən məlumat verilib.

Qərar çərşənbə axşamı Baş nazir Kiryakos Miçotakisin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında verilib.

Bu addımın son vaxtlar artan qaçqın axınının qarşısını almaq üçün atıldığı bildirilib.

Hasarın tikintisi üçün tender keçiriləcək.

Tacxeber.az

Oxşar xəbərlər