Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı – VİDEO
Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı – VİDEO
Xəbər verdiyimiz kimi, bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib, obyektin erməni istismarçıları ilə görüşüb.
Tacxeber.az xəbər verir ki, görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb.
Adil Qafarlı deyib ki, bu səfər heç də onların qurumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib.