• 22 Dekabr 2024 10:20

İsveçrədə sığınacaq almış Sovet idmançı cütlük.

2015-ci il. 80 yaşlı Lyudmila Belousova və 83 yaşlı Oleq Protopopov ABŞ-da “Çempionlarla bir axşam” şousunda çıxış edirlər. Onların cütlüyü 1954-cü ildə yaranmışdı. 1957-ci ildə evləndilər. İnsburk (1964) və Qrenobl (1968) qış olimpiya oyunlarında qızıl medal qazandılar. Bundan sonra daha gənc idmançılara uduzmağa başladılar.

 

1972-ci ildə idmandan uzaqlaşdılar və buz baletində çıxış edirdilər. 1979-cu ildə İsveçrədə qastrolda olarkən siyasi sığınacaq istədilər. Bu addımı onunla izah etdilər ki, onları yaşlarına görə artıq “çıxdaş” etmək istəyirdilər, özləri isə bununla razılaşmırdılar.

 

Xaricdə qaldıqdan sonra Belausova və Protopopovun adları SSRİ-də qadağa altına düşdü, idmana aid heç bir dərgidə onların nailiyyətləri xatırlanmırdı, vətəndaşlıqdan, əməkdar idman ustası adından, dövlət təltiflərindən məhrum edildilər. Onlar isə ən qoca yaşlarına qədər müxtəlif kommersiya şoularında iştirak edirdilər. Lyudmila Belousova 2017-ci ildə 82 yaşında vəfat etdi. 90 yaşlı Oleq Protopopov hazırda İsveçrədə yaşayır.

Yadigar Sadıqlı

Tacxeber.az

 

 

Oxşar xəbərlər