• 22 Noyabr 2024 23:29

Pentaqonun uçan qərərgahının Ukrayna yaxınlığında görünməyi nədən xəbər verir ?

ABŞ-ın “uçan qərargahı” Ukrayna ilə qonşu ölkənin səmasında göründü

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş nəzarəti və hədəf təyinatlı “Boeing E-8C Joint” təyyarəsi Polşa ərazisində səmada görünüb.

Bu barədə “Tape.ru” uçuş izləmə portalı məlumat verib.

Məlumata görə, təyyarə Ramştayn aviabazasından havaya qalxıb. Uçuş marşrutuna əsasən, təyyarə ölkənin şərqində, qonşu Belarus və Ukrayna sərhədləri yaxınlığında dövr edir. ABŞ hərbi təyyarəsinin Avropa ölkəsi ərazisinə girməsinin konkret məqsədi isə məlum deyil.

Təyyarəyə “uçan qərargah” adının verilməsi onun çoxfunksiyalı olması ilə bağlıdır. O, “Boeing 707-300” sərnişin təyyarəsi əsasında yaradılıb. Həm 200 kilometr radiusda hərbi hədəfləri izləmək və kateqoriyalara ayırmaq, həm də komandanlıq və ordunun idarə edilməsi üçün nəzərdə tutulub.

Tacxeber.az

Oxşar xəbərlər