Ukraynalılar üçün yaxşı xəbərlərimiz olacaq – Reznikov
Ukraynalılar üçün yaxşı xəbərlərimiz olacaq – Reznikov
Ukrayna Budapeşt memorandumunu imzalayan qonşusuna güvənib, ordusunun qayğısına qalmırdı.
Tacxeber.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
“2008-ci ildə NATO-ya qəbul olunsaydıq, nə Gürcüstanda, nə də Ukraynada müharibə olmazdı. Amma hazırkı tərəfdaş Alyansın sayəsində Ukrayna təcavüzkarı məğlub edə biləcək. Bu gün biz ölkənin yaşaması üçün mübarizə aparırıq. Biz müstəqillik haqqımızı bir daha təsdiq edirik. Biz 30 ildən artıq müstəqil yaşamışıq, öz sərhədlərimiz daxilində tam müstəqil ölkə yaratmışıq. Sizinlə sağ qalmaq uğrunda savaşırıq və bu müharibədən sağ çıxacağıq. Bu gilyotinin belini qıracağıq”, – o bildirib.
Reznikov həm də bu il ukraynalılar və dünya üçün yaxşı və müsbət xəbərlərin olacağını vurğulayıb.