• 26 Dekabr 2024 22:45

Azərbaycanda rəzalət: 14 yaşlı qıza zorakılıq edib videoya çəkdilər

Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb.

Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.  /Modern.az

Tacxeber.az

Oxşar xəbərlər