• 18 Aprel 2024 18:43

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

Tacxeber.az xəbər verir ki, nazir bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb.

“Laçın artıq Azərbaycanın nəzarəti altındadır. Buna görə də Azərbaycan xalqını təbrik edirəm. 1992-ci ildən bəri zorla sürgün edilən şəhər sakinləri evlərinə qayıdacaq. Laçın digər azad edilmiş ərazilər kimi yenidən bərpa olunacaq”,- paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Tacxeber.az

Oxşar xəbərlər