• 27 İyul 2024 08:03

Azərbaycan Pakistana 2 milyon ayırdı

Azərbaycan Pakistana yardım göstərəcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Tacxeber.az

Oxşar xəbərlər