• 11 Dekabr 2024 02:14

Dünya ulduz 5 yaşında QADIN SÜNNƏTİ olub – ÖZÜ AÇIQLADI

“Real Housewives of Dubay” ulduzu Şanel Ayan 5 yaşında ikən qadın sünnətinə məruz qalıb.

Tacxeber.az  Lent.az -a  istinadən xəbər verir ki, ABŞ və İngiltərə ilə yanaşı, Dubayda da böyük izləyici kütləsi olan “The Real Housewives” realiti-şousunun ulduzu Şanel Ayan verilişdə uşaqlıq illərində qadın sünnətinə məruz qaldığını açıqlayıb.

O, 5 yaşında olarkən bacıları və özünün sünnəti olunduğunu bildirib.

Bunun onun üçün çox travmatik bir təcrübə olduğunu bildirən 41 yaşlı keniyalı aktrisa “5 yaşım olanda bibim və nənəm bizi başqa şəhərə aparmışdı. Hara getdiyimizi heç bilmirdim. Sonra bizi bir kişinin evinə apardılar, çarpayıya bağlayıb sünnət etdilər”.

Anasının xəbəri olmadan sünnət edildiyini deyən Ayan cinsi əlaqədə ola bilmədiyi üçün evləndikdən sonra yenidən həkimə getməli olduğunu bildirib.

Ayan evlənənə qədər bakirə qalmaq üçün sünnət edildiyini deyib. Onu da bildirib ki, 14 yaşı olanda atası onu pul müqabilində zorla ərə vermək istəsə də, bacısı buna mane olub.

Təcrübələrini gənc qızları maarifləndirmək üçün paylaşdığını bildirən Ayan, “Qızlarımız bunu yaşamamalıdır. Bunları maarifləndirmək və hər kəsin bunun hər gün baş verən bir şey olduğunu başa düşməsi üçün paylaşıram”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 200 milyondan çox qadın və qız həyatlarının müəyyən dövründə sünnət olunub. Digər tərəfdən, 3 milyondan çox qızın sünnət olunma ehtimalının olduğu bildirilir. Məlumdur ki, bu prosedur daha çox 15 yaşından kiçik qızlarda aparılır.

Tacxeber.az

Oxşar xəbərlər