• 26 Dekabr 2024 21:12

Ermənilər Qarabağda yaşamaq istəyirsə… – Şamil Ayrım

Əslində bunu biz bir neçə aydır səbirsizliklə gözləyirik.

Bu sözləri TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım deyib.

Millət vəkili Ermənistanın dəfələrlə bəyanatın icrasını ləngitmək və əngəlləmək cəhdlərinə baxmayaraq, Azərbaycanın Laçına nəzarəti bərpa etməyə nail olduğunu vurğulayıb:

“Laçının yenidən Azərbaycanın nəzarətinə keçməsi münasibətlərin normallaşmasına və yekun sülhün əldə olunmasına öz töhfəsini verəcək. Qarabağda yaşamaq istəyən ermənilər də mütləq şəkildə Azərbaycanın vətəndaşlığını qəbul etməli və əsassız iddialardan əl çəkərək qanunlara tabe olmalıdırlar. Bunun başqa alternativi, yolu yoxdur. İnşallah, bundan sonra Qafqazda qan tökülməz, göz yaşı axmaz. Paşinyan hökumətinə 10 noyabr bəyanatını imzaladığı üçün təzyiq göstərən revanşistlər və digər müxalif qüvvələr ağıllarını başlarına yığmalıdır. Qarabağ – Şuşa, Laçın, Xankəndi, Xocalı Azərbaycan torpağıdır.

Bu gözəl hadisənin Azərbaycan üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Cənab İlham Əliyevi səbrli və təmkinli dövlət adamı kimi davrandığına, bölgədə apardığı balanslı siyasətə və Laçın qələbəsinə görə TBMM millət vəkili kimi ürəkdən təbrik edirəm. Laçın zəfəri qardaş Azərbaycan üçün xeyirli və uğurlu olsun”.

Tacxeber.az

Oxşar xəbərlər