• 23 Noyabr 2024 00:56

Evləri daşlanan, xəsarət alan Salyan sakinləri təşviş içindədirlər – Polis caniləri tuta bilmir + FOTO

Evləri daşlanan, xəsarət alan Salyan sakinləri təşviş içindədirlər – Polis caniləri tuta bilmir + FOTO

Salyan rayonunun bəzi kəndlərində yaşayan sakinlər oğrulara görə təşviş içindədirlər.

Belə ki, avqust ayı ərzində rayonun Yenikənd, Qardılı və Həsənli kəndlərində maskalı şəxslər gecə və gündüz saatlarında evləri qarət edirlər.

Vətəndaşlar bildiriblər ki, gün ərzində dörd-beş adamın evini soyurlar, gecələr evləri daşlayırlar ki, kimsə çıxmadıqda basqın etsinlər. Amma hələ də, polislər oğruları tuta bilmirlər.

Bir neçə kənd sakini oğruları tutmağa cəhd edərkən xəsarət alıb.

Vətəndaşlar iddia edirlər ki, oğrular polislərlə əlbirdirlər.

Ölkə.az xəbər verir ki, xəsarət alan şəxslərdən biri Seymur Salmanov Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər kənd sakinləri oğrulara görə narahatlıq keçirirlər:

“Bir neçə gün əvvəl gecə saat 03 radələrində yuxudan oyandım ki, mağazaya mal almaq üçün gedim. Həmin vaxt gördüm ki, otaqlardan birinin qapısı açıqdır və pəncərənin toru cırılıb.

Fikirləşdim ki, kənddə bir neçə gündür, oğurluq var və mənim də evimə giriblər. Su içmək üçün mətbəxə keçmək istəyəndə başıma ağır nəsə çırpdılar. Sonradan məlum oldu ki, oğru tava ilə mənim başıma xəsarət yetirib. Hadisə baş verən zaman özümü itirmədim və arxasınca qaçıb, onu tutdum.

Həmin vaxt da başımdan qan axırdı, nə qədər cəhd etsəm də, üzündəki maskanı çıxara bilmədim. Ürəyimdə problem olduğu üçün yorulduğumu hiss etdim və onu buraxdım. Mənə qapıdan gedəndə bildirdi ki, polisə xəbər versəm, uşağımı öldürəcək. Mən həmin təhdidə rəğmən, polisə məlumat vermişəm. Hələ ki oğrular tapılmır”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb:

“Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Tacxeber.az

Oxşar xəbərlər