• 22 Noyabr 2024 17:43

İrəliləyiş olmasa, NATO-nu cəlb edəcəyik – Türkiyə

İsveç və Finlandiya NATO üzvlüyünün təsdiqlənməsi müqabilində Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliklərə görə hələ ki, konkret addımlar atılmayıb. Prosesdə irəliləyiş olmasa, Türkiyə buna görə bəzi addımlar ata bilər.

Tacxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Diplomatik Münasibətlər və Siyasi Araşdırmalar Mərkəzinin (DIPAM) rəhbəri Tolqa Sakman deyib.

Sakman bildirib ki, Türkiyə ilk iclasda onsuz da konkret addımların atılmasını gözləmirdi:

“Bu görüş tərəflərin memorandumun mətnindəki məsələlərlə bağlı öhdəliklər götürməsi və prosesə eyni nöqtədən başlanması baxımından əhəmiyyətli hesab olunur. İlk görüş olduğu üçün yeniliyin olmaması çox da mənfi sayılmır. Ancaq indiyə qədər həll olunmayan məsələlərə münasibət bildirməmək bu görüşdən danışarkən üzərində dayanmalı olduğumuz mövzulardan ola bilər”.

O qeyd edib ki, proses irəliləmədiyi təqdirdə NATO danışıqlara cəlb oluna bilər:

“Prosesin NATO çərçivəsində getdiyini nəzərə alsaq, verilən vədlərə əməl edilməsi üçün NATO da vasitəçi kimi çıxış edə bilər. Həmçinin, Türkiyə ölkələrlə ayrı-ayrılıqda ikitərəfli münasibətlərə dair dəyərləndirmələr apara bilər”.

Tacxeber.az

Oxşar xəbərlər