Əfqanıstanda partlayış: Taliban məmuru öldürüldü
Əfqanıstanın Kunar əyalətinin Əsədabad şəhərində partlayış baş verib.
Tacxeber.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Məlumata görə, yola basdırılmış minanın işə düşməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Ölən şəxsin regional administrasiyanın üzvü olduğu bildirilib.
Partlayışı təşkil etməkdə şübhəli bilinən 3 nəfər həbs edilib.