• 25 İyun 2024 07:16

İrəvanda hindistanlı tələbə qətlə yetirildi

İrəvanda hindistanlı tələbənin meyiti tapılıb.

Tacxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, polis tikinti materiallarının toplandığı ərazidə başından xəsarətlər almış meyit aşkarlayıb. Hadisə yerindən ling tapılıb və ehtimal olunur ki, cinayət onun vasitəsilə törədilib.

Ölən şəxsin Hindistan vətəndaşı olduğu və İrəvandakı universitetlərin birində təhsil aldığı bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tacxeber.az

Oxşar xəbərlər