• 22 Dekabr 2024 10:11

İran qonşu ölkələrin “tibb mərkəzi”nə çevrilib

İran qonşu ölkələrin “tibb mərkəzi”nə çevrilib

İslam Respublikası tibbi xidmətlər üçün regional mərkəz hesab olunur.

Tacxeber.az “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

Rəisi Tehranda İran tibbi ilə bağlı konfransda çıxışı zamanı bildirib ki, İranın bir çox şəhərləri “sağlamlıq mərkəzi” hesab edilir və bu baxımdan ölkə regionda və dünyada ideal mövqedədir:

“Qonşu ölkələrin vətəndaşları deyirlər ki, əvvəllər müalicə üçün Avropaya gedirdilərsə, indi tibbi xidmət üçün İrana gəlməyə üstünlük verirlər”.

İran prezidenti həmçinin qeyd edib ki, İranda istifadə olunan dərmanların 90 faizindən çoxu yerli istehsaldır və İran hazırda əczaçılıq məhsullarının əsas ixracatçısıdır.

Xatırladaq ki, İrana gələn tibbi turistlərin sayı 2007-ci ildə 20 min idisə, 2019-cu ildə 300 min olub. Tibbi turizmindən əldə edilən ümumi gəlir isə 1,2 milyard dollara çatıb.

Tacxeber.az

Oxşar xəbərlər