Səid Hüseynovun nəşi Bakıya göndərilib
Səid Hüseynovun nəşi Bakıya göndərilib
Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.
Tacxeber.az “Report”a istinadla xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.
Qeyd edək ki, Hüseynov Səid Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.