Xalq artistinin vəziyyəti ağırdır, qızı kömək istəyir – FOTO
Xalq artistinin vəziyyəti ağırdır, qızı kömək istəyir – FOTO
Tacxeber.az xəbər verir ki, Xalq artisti, sevilən kino aktyoru Ənvər Həsənovun səhhətinin ağırlaşması haqda Moderator.az- a məlumat daxil olub. Həqiqəti öyrənmək üçün aktyora zəng etsək də, telefonu qızı Aytən Həsənova götürüb, faktı təsdiqlədi.
Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. Bir müddət əvvəl saytımıza açıqlama verən sənətkar maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi” deyə sənətkar bildirmişdi.