• 23 Noyabr 2024 02:35

Evin önünə “cadulu kukla” qoydu: – SOK OLAY – Video

Bakıda naməlum qadının evin önünə üzərində qəribə əməliyyatlar aparıb “cadu” edilmiş kukla qoyması həyəcana səbəb olub.

Tacxeber.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə evin sahibi Kamran Bağırov məlumat verib.

Onun sözlərinə görə, ev Nəsimi rayonu, Məsud Davudoğlu küçəsində (“Nəsimi” metrostansiyasının arxasında) yerləşir:

“Tanımadığımız qadın evimizin önünə kukla qoyub. Kuklanın qolları kəsilib, ayağı əyilib, kəsilmiş qollarına karandaş yeridilib, boynuna zəncir keçirilib, saçları arxadan düyünlənib. Qadının bütün hərəkətləri müşahidə kameralarına düşüb”.

K.Bağırov bildirib ki, tanımadığı qadın evlərinin önündən keçərək, mağazaya girib, daha sonra isə ordan çıxıb və kuklanı evin önünə qoyaraq, ordan uzaqlaşıb.

Ev sahibi kuklaya “əməl-cadu” edilməsindən çox narahatdır. Onun sözlərinə görə, kamera görüntülərinə qonşular da baxıb və qadını tanıyan olmayıb. Onun fikrincə, qadın “kuryerdir”, bu işin arxasında isə başqa adam dayanır.

K.Bağırov artıq 7 saylı Polis Bölməsinə şikayət edib və araşdırmalar başlayıb.

Tacxeber.az

Oxşar xəbərlər