FHN-dəki videoları Kəmaləddin Heydərov yaydırıb? – CAVAB
“Vallah, Azərbaycan elə qəribə ölkədir ki, o qədər “idiot” fikirlər formalaşdırırlar, hətta şeytan onu fikirləşə bilməz. Heç bir nazir istəməz ki, kimlərisə işdən azad etmək üçün öz nazirliyi haqqında belə bir informasiya yaydırsın. Belə çıxır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazir kimi çox zəif nazirdir, işçilərinə gücü çatmır? Bax, bu fikri formalaşdırırlar. İkincisi, demək istəyirlər ki, guya Kəmaləddin Heydərov məlum videoları yaymaqla bir növ pis yolun, başqa şeylərin təbliğatı ilə məşğuldur”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, kiminsə haqqında fikir söyləyəndə, yaxşı olar, arqument də gətirib əsaslandırsınlar: “Bazar söhbəti səviyyəsində, ruslar demişkən “bir arvad deyirdi” şəklində olmaz. Bu, Kəmaləddin Heydərovun nəyinə lazımdır? Onun vəzifədən azad etdiyi generallar, yəqin ki, bu və ya digər formada Zaur Mirzəyevi dəstəkləyiblər. Nazir daha yaxşı bilir ki, kimlər kimlər haqqında ondan xahiş edir. Yəni o adamlar vaxtilə həmin şərəfsizə zamin durublar, nazir də buna görə onları cazlandırır. Kəmaləddin Heydərovun nəsə marağı yoxdur ki, həmin videoları yaysın, ya da arxasında dursun, kimisə işdən azad etmək üçün bunu etsin. Bunlar hamısı şər-şəbədədir, kişiliyə yaraşmayan şeylərdir. İnsanları tənqid etmək olar, amma şər yaxmaqla nəsə əldə etmək bir qədər ağlasığan şey deyil. Bura Azərbaycandır, bizdə hər cür şər-böhtan düzəldə bilirlər. Vallah, bunların xəyal gücləri çox yüksəkdir. Hər kim bu fikirləri formalaşdırıbsa, halaldır! Neçə saat oturub fikirləşsəm, mənim ağlıma gəlməzdi…”
Aytəkin Qardaşova