FHN-in təyyarəsi Lənkəranda qəza enişi etdi
![](https://tacxeber.com/wp-content/uploads/2022/08/banner-layihe-eskiz-11-3-1-7-5-3-8-1-1.jpg)
![](https://modern.az/photo/600x390/2022/08/28/1661697325_a7396c80-70d7-3f0d-83c7-fe4ecdf06f65_850-1.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildrilib ki, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.