• 26 Dekabr 2024 19:46

Gecə klubundakı partlayışda zərər çəkən əcnəbi görün nələr danışdı – FOTO

Gecə klubundakı partlayışda zərər çəkən əcnəbi görün nələr danışdı – FOTO

Gecə klubundakı partlayışda zərər çəkən əcnəbi görün nələr danışdı - FOTO

Tacxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Məhəmməd Mustafazadə ifadə verib.

Təqsirləndirilən şəxs həmin gün “Location” gecə klubuna üçə qalmış dostları ilə getdiyini deyib: “Mən ora gələndə, təxminən, 5 dəqiqədən sonra partlayış oldu. Müxtəlif yanıq xəsarətləri aldım. 5 gün müalicə almışam. Heç bir şikayət və tələbim yoxdur”.

 

Daha sonra müdafiəçilər tərəfindən təqsirləndirlilən şəxs Orxan Səfərliyə suallar ünvanlanıb. O isə bütün suallara cavab verməkdən imtina edib.

 

Əcnəbi zərərçəkmiş Fatimah Semira əylənmək məqsədilə ora getdiyini söyləyib: “Dostum məni dəvət etmişdi. Ara-sıra rəqs edirdim. Ayaq yoluna girmişdim. Çıxanda partlayış baş verdi. Müalicəmə pul xərclənib amma mənim əllərim pis vəziyyətdədi. Bu qədər pul xərclənməsinə baxmayaraq, müalicənin heç bir effekti yoxdur. Taleh həkim mənə dedi ki, yenidən əməliyyata ehtiyac var”.

 

Məhkəmədə bildirilib ki, Fatimah ən çox pulun xərcləndiyi yeganə zərərçəkmişdir – 58 064 manat. Belə ki, “MedEra Hospital”da onun müalicəsinə 36 064 manat pul xərclənib, 21 600 manat isə “Xətai” Estetik Klinikasına ödənilib.

 

Orxan Səfərlinin vəkili isə vurğulayıb ki, “MedEra Hospital”da həmin xəstəyə görə hər günə 1000 manat pul tələb olunub.

 

Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.

Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

 

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olubdur.

 

Partlayış nəticəsində 1 nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

 

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

 

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb. (Report)

Tacxeber.az

Oxşar xəbərlər