• 27 Dekabr 2024 03:17

Mətbuat Şurasında nə baş verir? – Amaşov və Rəşad Məcid danışdı

Rəşad Məcid Teleqraf.com-a açıqlamasında deyib: “Əflatun Amaşov istefa verməyib, amma bu günlərdə Mətbuat Şurasının İdarə Heyəti yığışacaq və növbəti qurultayın vaxtını təyin edəcək. Çünki qurultayın vaxtıdır və keçiriliməlidir.

İdarə Heyətinin qərarından sonra qurultayın tarixi müəyyənləşəcək və redaksiyalar tərəfindən qurultaya nümayəndələr təyin olunacaq. Mətbuat Şurasına sədr seçilmək məsələsi də qurultayda müəyyənləşəcək və həll olunacaq”.

***

12:27

“Mən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri özündə əks etdirmir”.

Tacxeber.az   xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır: “Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayın vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultayda namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qalacağı, gedəcəyini hələ bilmək olmaz. Bunların hamısı qurultayda həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etməkdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənləşdirirlər. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslosunda oturub sizinlə danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır”.

Tacxeber.az

Oxşar xəbərlər