• 27 İyul 2024 10:41

“Qarabağ” Mahir Emrelini transfer edir – DANIŞIQLAR BAŞLADI

“Qarabağ” Mahir Emrelini transfer edir – DANIŞIQLAR BAŞLADI

“Qarabağ” Mahir Emrelini transfer edir - DANIŞIQLAR BAŞLADI

 Tacxeber.az  xəbər verir ki, hazırda Ağdam klubunun təmsilçiləri futbolçunun müqavilə ilə məxsus olduğu “Dinamo” (Zaqreb) ilə danışıqlar aparır.

Əgər müsbət nəticə əldə olunsa, Mahir Emreli mövsümün sonunadək icarə qaydasında sabiq komandasında oynayacaq. 

Ağdam təmsilçisində də İbrahima Vadjinin “Sent-Etyen”ə transferindən sonra hücumçu almağı zəruri edib. “Qol.az” saytının əldə etdiyi məlumata görə, bu səbəbdən “Qarabağ” Mahir üçün “Dinamo” ilə hazırda danışıqlar aparır.

Maksimum qarşıdakı 2 gündə transferin alınıb-alınmayacağı qətiləşəcək. Qeyd edək ki, M.Emreli bu ilin fevralında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Tacxeber.az

Oxşar xəbərlər