Türkiyə boğazlardan keçidin qiymətini qaldırır
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini 5 qat artıracaq.
Tacxeber.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“1983-cü ildə 75% endirimlə müəyyən edilmiş ödəniş sistemi ləğv edilir. 2022-ci il oktyabrın 7-dən etibarən boğazlardan keçidlər üçün mayak, təxliyə və tibbi xidmət haqqı 5 dəfə artırılacaq və hazırda 40 milyon dollar olan gəlir 200 milyon dollara yüksələcək. 1936-cı ildə imzalanmış Montrö sazişinə əsasən, boğazlara girib-çıxan gəmilərdən mayak, təxliyə və tibbi xidmət haqqını toplamaq hüququ var”, – məlumatda deyilib.