Alkoqol 7 növ xərçəng yaradır – Kişilər təhlükədə
Alkoqol 7 növ xərçəng yaradır, istənilən növ spirtli içkilərin onkologyaya təsiri var.
Tacxeber.az Medicina.az-a istinadən xəbər verir ki, bunu həkim onkoloq Andrey Vorobyev bildirib.
Alkoqol içildikdən sonra orqanizmdə zərərli maddələrə parçalanır, eyni zamanda orqanizmin kimyəvi siqnallarına təsir edib, DNT- səviyyəsində dəyişə bilər. Bu da xərçəng ehtimalını dəfələrlə artırır.
Səbəb-nəticə mexanizmini öyrəndikdə məlum olub ki, alkoqolda olan asetaldegid hüceyrələrdə toplanaraq, dağıdıcı enerji yaradır və DNT-ni zədələyir. Zədələnmiş hüceyrələr artıq bədxassəlidir.
Alkoqolun yaratdığı xərçəng növləri: ağız, mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər, qan, beyin, süd vəzi.
Asetaldegidlə zədələnmiş DNT həyat sxemini dəyişir, kök hüceyrələr geridönməz şəkildə zədələnir.
Əgər insan sağlam həyat tərzi keçirsə, zədələnmiş hüceyrələrin özünü bərpa mexanizmi də var. Əgər bu baş versə, orqanizm qorunur. Amma zamanla bu finksiya zəifləyir”.
Aygün Musayeva