• 27 İyul 2024 04:05

Azərbaycana istirahətə gələn kişi MÜƏMMALI şəkildə öldü

Azərbaycanda əcnəbi vətəndaş avtomobildə ölüb.

Tacxeber.az  xəbər verir ki, hadisə Quba-Bakı yolunun Saray qəsəbəsindən keçən hissəsində baş verib. Qubaya istirahətə gedən İsrail vətəndaşı, 70 yaşlı Xoroşin Lev Moiseyeviç ailəsi ilə birgə icarəyə götürdüyü “Mercedes-Benz Sprinter” markalı avtomobillə istirahətdən qayıdarkən qəflətən halı pisləşib və Saray qəsəbəsindəki Yol Patrul Xidmətinin postuna çatanda dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.az

Oxşar xəbərlər