• 26 Dekabr 2024 20:58

Azərbaycanlı avtoritet məhkəmədə generalın üzünə durdu: “Sənə milyonlar vermişəm” – FOTOLAR

Azərbaycanlı avtoritet məhkəmədə generalın üzünə durdu: “Sənə milyonlar vermişəm” – FOTOLAR

Azərbaycanlı avtoritet məhkəmədə generalın üzünə durdu: “Sənə milyonlar vermişəm” - FOTOLAR

Tacxeber.az-ın “Vedomostiural” portalına istinadən məlumatına görə, rüşvət və korrupsiya əməllərində ittiham olunan general mayor İqor Trifonovun məhkəməsində azərbaycanlı avtoritet, “Tavda Nazim” kimi tanınan Nazim Musayev ifadə verib. Hazırda özü də həbsdə olan Nazim Musayev bildirib ki, hər ay müxtəlif bazarlardan, restoran və digər obyektlərdən yığılan pullardan Trifonova da çatdırırmış.

“Mən ona hər ay təxminən 1 milyon rubl pul verirdim. Adətən ya kabinetində, ya da əvvəlcədən müəyyən etdiyimiz məkanda bağlamaları ona çatdırırdim”.

Maraqlıdır ki, Trifonov Musayevin ifadəsiylə bağlı heç nə deməyib.

Musayevin adı Yekaterinburqda bir sıra kriminal hadisələrdə də hallanır. Söhbət Yekaterinburq şəhərində yerləşən “4 nömrəli tərəvəz bazası” uğrunda mübarizədən gedir. Bir neçə il əvvəl məhz bu bazara görə ona sui-qəsd təşkil edilmişdi.

Korrupsiya və digər cinayətlərə bulaşmış generalın işində Musayev əsas şahidlərdən biridir. Yerli KİV-in yazdığına görə, Musayev Trifonovun kabinetinə istədiyi vaxt girə bilirmiş. Onların dostluğu isə 90-cı illərdə Moskvadan başlayıb. Nazim həmin vaxt Moskvada kiçik bizneslə məşğul imiş. Trifonov isə Yekaterinburqa vəzifəyə getdikdən sonra dostunu da arxasınca aparıb. Musayev Tavda şəhərində məskunlaşıb. Ən qısa zamanda general dostunun köməyi ilə bu şəhəri tam nəzarətə ala bilib.

Tacxeber.az

Oxşar xəbərlər