Tacxeber.az xəbər verir ki, hadisə Quba-Bakı yolunun Saray qəsəbəsindən keçən hissəsində baş verib. Qubaya istirahətə gedən İsrail vətəndaşı, 70 yaşlı Xoroşin Lev Moiseyeviç ailəsi ilə birgə icarəyə götürdüyü “Mercedes-Benz Sprinter” markalı avtomobillə istirahətdən qayıdarkən qəflətən halı pisləşib və Saray qəsəbəsindəki Yol Patrul Xidmətinin postuna çatanda dünyasını dəyişib.