• 22 May 2024 06:35

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA: “İnanmadım…”

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA: “İnanmadım…”

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA: Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova ilə bağlı sərəncam imzalayıb və Özbəkistanın “Xalq artisti” adı ilə mükafatlandırılıb.

Tacxeber.az xəbər verir ki, G.Məmmədova Axşam.az-a açıqlama verərək təəssüratlarını bölüşüb. Xanəndə bildirib ki, xəbəri eşidəndə göz yaşlarını saxlaya bilməyib:

 

“Bu xəbəri mənə ilk olaraq Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov verdi. Göz yaşımı saxlaya bilmədim. Amma inanmadım, zəng edib başqa yerdən soruşdum. Göz yaşımdan, sevincdən danışa bilmirdim. Samir Abbasova çox təşəkkür edirəm. Çünki mənim Özbəkistandakı bütün konsertlərim, çıxışlarım onun sayəsində olub. Bu günlərdə də millət vəkili Qənirə Paşayeva ilə birlikdə Özbəkistandan qayıtmışıq. İlk növbədə öz Prezidentimizə, daha sonra Özbəkistan Prezidentinə təşəkkür edirəm. Bu cür dostluq əlaqələri məni sevindirir”.

Tacxeber.az

Oxşar xəbərlər