• 04 Oktyabr 2024 21:40

“İraqda İranın siyasi mövqeyinə son qoyulur” – Dünyanın gözü Bağdadda

“İraqda İranın siyasi mövqeyinə son qoyulur” – Dünyanın gözü Bağdadda

“İraqda baş verən lokal silahlı vətəndaş qarşıdurması əsasən, İranın 2003-cü ildən bəri bu ölkədə siyasi mövqeyinə son qoymağı hədəfləyib”.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran isə bütün qüvvələrindən istifadə edib İraqda hakimiyyəti əldən buraxmaq istəmir:

“Müqtəda əs-Sədr siyasətdən çəkilməsini elan etsə də, İrana qarşı etirazın başında durub və prosesləri idarə edir. O,  İraqda İranın yartadığı “Haşdı Şabi” silahlı qruplaşmanın ləğvini və ölkəsində mövqeyinə son verməyi hədəfləyib. İki tərəfin şiə olmasına baxmayaraq milli qüvvələri təşkil edən M.Sədrin qalib gəlməsi gözlənilir.  Ümumiyyətlə,  İraqda ABŞ və İran arasında qarşıdurma pik səviyyəyə qalxıb. İranın həm Suriyadan, həm də İraqdan çıxarılması prosesinə start verilib”.

Müsahibimiz qeyd edib ki, İranın İraqda məğlub olması məzhəb adı altında uzun illər rüşvət, korrupsiya və ədalətsizliyə son verilməsi ilə nəticələnəcək:

“Göründüyü kimi, Tehranın qonşu ölkələrə qarşı məzhəb təəsübkeşliyi qanlı siyasi cəmiyyət və ədalətsiz bir sistemin yaranmasına səbəb olur. İraqda baş verənləri Azərbaycan da yaxından izləməlidir. Çünki, İran məzhəb adı altında ölkəmizdə qarşıdurma və siyasi nüfuzetmə siyasətini həyata keçirir. 30 ildir ki, bu ölkə Ermənistanın işğalına dəstək verir və ədalətsiz mövqe tutur. Bundan sonra da İran Azərbaycanda siyasi sabitsizlikdə maraqlı olacaq. Çünki İrana sabit qonşu deyil, ona özünün idarə etdiyi ölkə lazımdır. İraqda baş verənlər bunun əyani təzahürüdür”.

Qeyd edək ki, avqustun 29-u günorta saatlarında İraqdakı Sədr hərəkatının lideri, İranın İraqdakı müdaxilələrinə əsas müxalif sayılan Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqladıqdan sonra onun tərəfdarları küçələrə axışıb. Sədr hərəkatı xüsusilə İraqda dəstəklədiyi qruplar vasitəsilə İranın İraqın daxili işləri müdaxilələrinə etiraz edir və bu qruplaşmaları ölkədə korrupsiya və xarici ölkələrdən asılılığı artırmaqda ittiham edir. Sədrin tərəfdarları bir aydan artıqdır ki, İraq parlamentinin qarşısında oturaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün dəyişiklik edilməsini tələb ediblər. Sədr ilk növbədə bütün siyasi partiyalardan, o cümlədən öz partiyasının üzvlərindən dövlət vəzifələrindən imtina etməyi, qarşıdan gələn seçkilərdə və yeni hökumətin qurulmasında iştirak etməməyi istəyib.

Tacxeber.az

Oxşar xəbərlər