“Səfər Mehdiyev mafiya yaratmışdı, bəs indi?” – ETİRAZ
“Səfər Mehdiyev mafiya yaratmışdı, bəs indi?” – ETİRAZ

Tacxeber.az bildirir ki, bunu “Qanun” nəşriyyatının icraçı direktoru Şahbaz Xuduoğlu deyib. O, kitablara görə alınan vergidən narazılıq edib:
“Bəzən xarici nəşriyyatlar kitablarından bir neçə pulsuz nüsxə göndərirlər ki, tərcümədə istifadə edək. “BIOGRAPHY of Fly”dan da 3 nüsxə və kataloq göndərilib. Dünən aeroport gömrüyü bu kitablara görə 139 manat pul tutub. Niyə 3 ədəd pulsuz gələn kitaba görə bu qədər pul ödəməliyik?”.
Ş.Xuduoğlu hazırkı sistemdən gileylənərək bu ifadələrdən istifadə edib:
“Həbsdə yatan adamlara da pulla kitab göndəririk, amma insafən bu qədər eləmir. Bu ölkə həbsxanadan daha betərdir?”.