Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi – Mişel
Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi.
Tacxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə bu gün keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib.
Açıq və məhsuldar keçən fikir mübadilələrinə görə hər iki liderə təşəkkür edən Şarl Mişel qeyd edib: “Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır”.