• 22 Noyabr 2024 19:37

«Bravo» yenə də yarım ili böyük zərərlə başa vurub – 5-Cİ İLDİR ZƏRƏRDƏDİR

 

Azərbaycanın ən böyük ticarət şəbəkələrindən olan və son illər sürətlə böyüyən «Bravo»nun sahibi «Azərbaycan Supermarket» MMC şirkəti 2022-ci ilin ilk yarısı üzrə hesabatını açıqlayıb.

Tacxeber.az  FED.az-a istinadla xəbər verir ki, şəbəkə yarım ili böyük zərərlə başa vurub.

Hesabata əsasən hesabat dövründə şirkətin satışdan gəlirləri 311,1 milyon manat olub.

Satış xərcləri isə 254,2 milyon manat olub. Nəticədə ilk 6 ayda şirkətin satış mənfəəti 56,9 milyon manat.

Bu dövrdə şirkətin satış, ümumi və inzibati xərcləri 66,1 milyon manat təşkil edib. Bu xərclərə «Bravo» mağazaları kimi fəaliyyət göstərən obyektlərin icarəsi üçün MRE LLC şirkətinə ödənilən icarə haqları – 6,8 milyon manat da aiddir.

Digər xərcləri 533 min manat olub. Nəticədə «Bravo» şəbəkəsi yarım ili, 9,7 milyon manat əməliyyat zərəri ilə başa vurub.

Bundan başqa, ilk yarım il ərzində «Bravo»nun 13,6 milyon manat maliyyə xərcləri olub – bunun 11,9 milyon manatı şirkətin öz təsisçilərindən aldığı faizsiz kreditlər üzrə ödənişləri əks etdirir.

Nəhayət, 12,8 milyon manatlıq xərc əmlak və avadanlıqların amortizasiyasına xərclənib.

Nəticədə şirkət yarım ili 36,1 mmilyon manat zərərlə başa vurub.

Xatırladaq ki, artıq 5-ci ildir ki, zərərlə işləyir. Belə ki, «Azərbaycan Supermarket» MMC-nin hesabatlarına əsasən, şirkət 2018-ci ildə 43 milyon 646 min manat, 2019-cu ildə 41 milyon 776 min manat, 2020-ci ildə 46 milyon 929 mir manat, 2021-ci ildə isə 65 milyon 006 min manat, 2022-ci ilin 1-ci yarısında isə, qeyd edildiyi kimi, 36 milyon 133 min manat zərər edib.

«Bravo» yarım ili böyük zərərlə başa vurub

Tacxeber.az

Oxşar xəbərlər