• 22 Dekabr 2024 10:18

Britaniya kəşfiyyatı Rusiya haqqında yeni məlumat yaydı.

Rusiya Prezidentinin Rusiya ordusunun sayının artırılması ilə bağlı fərmanı çətin ki, Ukraynaya qarşı müharibədə əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etsin.

Tacxeber.az  Publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

“2022-ci il avqustun 25-də Rusiya Prezidentinin administrasiyası Rusiya silahlı qüvvələrinin müəyyən edilmiş sayını 1,15 milyon nəfərə çatdırmaq (137 min hərbçi artırmaqla) haqqında fərman verib. Hökumətə bu məqsədə çatmaq üçün maliyyə ayırmaq tapşırılıb. Rusiyanın bu artan ayırmaları daha çox könüllü müqaviləli işçiləri cəlb etməklə, yoxsa orduya çağırışların illik sayını artırmaqla doldurmağa çalışacağı bəlli deyil”, – deyə hesabatda bildirilib.

Vurğulanır ki, istənilən halda fərmanın Rusiyanın Ukraynada döyüş qabiliyyətinin gücləndirilməsində ciddi irəliləyiş əldə etmək ehtimalı azdır.

Akqabay

Tacxeber.az

Oxşar xəbərlər