• 21 Dekabr 2024 18:27

Bu qış Xankəndində yaşayan ermənilər sobada təzək yerinə Araikin özünü yandıracaqlar

Bu qış Xankəndində yaşayan ermənilər sobada təzək yerinə Araikin özünü yandıracaqlar

Bu qış Xankəndində yaşayan ermənilər sobada təzək yerinə Araikin özünü yandıracaqlar  Azərbaycan Ordusunun düşmən üzərində 1994-cü ildə Horadiz əməliyyatı ilə başlayan Zəfər tarixi Vətən Müharibəsindən sonra da davam etməkdədir. Hər gün Qarabağda və Zəngəzurda yeni tarix yazan Əsgərimiz Laçın üzərində üçrəngli Bayrağımızın dalğalandırmaqla hər birimizin köksünü qabartdı. Laçının rayon mərkəzi, Laçın dəhlizi, Sus və Zabux kəndləri – ümumilikdə 160 kv.km-ə yaxın ərazisi artıq Azərbaycan Ordusunun nəzarətindədir.

Ermənistanın 30 il ərzində Qarabağa hərbi texnika, silah və sursat daşıdığı Laçın dəhlizi artıq bağlandı. Dəhlizə alternativ çəkilən isə sadəcə, yoldur. Onun adı Birgə Bəyanatda da belə təqdim olunub. Ermənistandan Xankəndinə gedən qaz və elektrik xətləri də Laçın dəhlizində Ordumuzun nəzarətində qalır. Xankəndi və digər ərazilərdə yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını qəbul edərlərsə, qanunlarımıza və Konstitusiyamıza hörmətlə yanaşarlarsa, o zaman dövlətimiz qaz və elektrik təchizatı barədə müsbət qərar qəbul edə bilər. Əks halda bu qış Xankəndində yaşayan ermənilər sobada təzək yerinə Araikin özünü yandıracaqlar.

Fərrux, Qırxqız, Sarıbaba və Buzdux yüksəkliklərinin, Sus və Zabux kəndlərinin, Laçın dəhlizinin və Laçın rayon mərkəzinin düşməndən azad edilməsi üzrə keçirilən əməliyyatlarda Azərbaycan Ordusu bir nəfər də olsun, itkiyə məruz qalmayıb. Kənardan gəlmə qüvvələrin arxasında gizlənərək, arada qorxudan havaya tək-tük atəş açan düşmənin hazırda Azərbaycan Əsgərinə müqavimət göstərməsi mümkün deyil. Bəzilərinə pafos kimi gəlsə də, bu, artıq bir reallıqdır. Bu gün erməni ordusu tənəzzül dövrünü yaşayır, Qarabağdakı separatçıların silahlıları isə depressiya vəziyyətinə düşüblər.

Ali Baş Komandanımızın rəhbərliyi altında Əsgərimiz vaxtilə xəyal etdiklərimizi reallıqlara çevirir. Həm də artıq şəhid xəbərləri olmadan. Müharibədə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də Azərbaycan Əsgərinə atəş açmağın ermənilərə çox baha başa gələcəyini anlatmaq olub. Erməni cəmiyyətində çoxları Azərbaycanın Qarabağda yeni əraziləri nəzarətə götürməsinə laqeyd yanaşır. Düşmən tərəfi də ağrı-acı ilə olsa da Qələbəmizi həzm etməyə məcburdur.

Düşmənin bu qədər sarsıntı və qorxu içində olduğunu təsəvvür etmək çətin idi. Həqiqətən də ölüblər, ağlayanları yoxdur. Vətən Müharibəsində düşməni silahla, sonrakı 6 ayda şillə-təpiklə, növbəti müddətdə səsucaldanla, bunda sonra “5 dəqiqə vaxtınız var, yüksəklikdən çıxın, biz gəldik və bu ərazilər bizimdir” komandası ilə, Laçından isə Ali Baş Komandanın bəyanatı ilə yola saldıq. Bu hadisələri əvvəldən izləyən biri kimi tam məsuliyyətlə deyirəm: Erməni əsgəri sağ qalmaq üçün çox ərazilərdən çıxmağa hazırdır. Azərbaycan isə sülhün tərəfdarıdır. Azərbaycan Əsgərinə və vətəndaşına ziyan verməyən kiminsə, o cümlədən, erməninin də ailəsinin gözüyaşlı qalmasını istəmirik. İstəsəydik, Fərrux, Qırxqız, Sarıbaba və Buzdux yüksəkliklərində, Sus və Zabux kəndlərində, Laçın dəhlizində və Laçının rayon mərkəzində çox sayda silahlı legitim hədəf olaraq məhv edilə bilərdi. Amma etmədik. 300 kv.km-ə yaxın ərazini düşməndən təmizləyirik, amma bir dənə də olsun mülki erməninin burnu belə qanamayıb. Beləliklə, növbəti erməni mifi də darmadağın oldu.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərimizin qaytarılması isə dövlət başçısının prioritetidir və bu proses məntiqi sonluğuna qədər davam edəcək.

Sözə baxan, qanunlarımıza tabe olan erməni sağ qala bilir. Bu, artıq bizdən asılı deyil. Hər bir Qarabağ ermənisinin həyatı və normal gələcəyi onun öz əlindədir.

Ədalət Verdiyev, hərbi ekspert

Tacxeber.az

Oxşar xəbərlər