• 24 Aprel 2024 13:29

Özcan Dəniz Bakıya gəlir: biletin qiyməti…

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Özcan Dəniz sentyabrda Azərbaycana gələcək.

Tacxeber.az xəbər verir ki, o, 16 sentyabrda Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Konsert saat 20:00-da başlayacaq və 22:00-a qədər davam edəcəyi gözlənilir.

Biletlərin qiymətinə gəlincə, yerlərdən asılı olaraq 40 manatdan başlayır və 450 manata qədər qalxır.

Hazırda 40 manatlıq biletlərin hamısı satılıb, yalnız 55 manatlıq biletlərdən bəziləri qalır. O cümlədən ön sıralar üçün 450 manatlıq biletlərin də 4-5 yer istisna olmaqla, hamısı satılıb qurtarıb.

Qeyd edək ki, Özcan Dəniz sonuncu dəfə Bakıda 9 il öncə konsert verib.

Tacxeber.az

Oxşar xəbərlər