Polkovnik: Ukraynanın kəşfiyyat qrupları Xersondadır
Hazırda Xersonda rusları və satqınları məhv edən təxribat və kəşfiyyat qrupları fəaliyyət göstərir.
Tacxeber.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.
“Cəbhə xətti Xersondan çox da uzaqda deyil. İstənilən təxribat və kəşfiyyat qrupu içəri girib istənilən hədəfi aradan götürə bilər. Bu cür qruplar Xersona girə bilər və çox güman ki, giriblər. Kəşfiyyat onların işidir”, – o bildirib.
Xersonun nə vaxt azad ediləcəyinə gəlincə, polkovnik bildirib ki, bu, yaxın zamanda olacaq:
“Son vaxtlar baş verən hadisələrə və NATO tərəfdaşlarının silah-sursat yardımının həcminə əsaslanaraq deyə bilərik ki, bu, bir neçə həftədə baş verə bilər”.