• 10 Dekabr 2024 22:08

Azərbaycanlı müğənni Çeçenistanda QALMAQAL YARATDI – Ramzan Kadırov…

 

Çeçenistanda “Jony” ləqəbli azərbaycanlı müğənni Cahid Hüseynlinin konserti öncəsi qalmaqal yaranıb.

Bir qrup din xadimi Cahidin mahnılarında islami dəyərlərə zidd məqamlar olduğu üçün etiraz ediblər.

Amma maraqlısı odur ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Cahidin müdafiəsinə qalxıb. O, konsertə qarşı çıxanları dindən xəbərsiz, möhfümatçı adlandırıb.

Qeyd edək ki, Cahid Hüseynli 1996-cı ildə Bakıda anadan olub. 4 yaşından Moskvaya köçüb. Onun “Xiyaban” mahnısına “YouTube”da 100 milyondan çox baxış var.

“Jony” ləqəbini isə ona anası verib. Buna səbəb isə uşaq vaxtı Cahidin “Jhonny Bravo” cizgi filmindən xoşu gəlirmiş.

Tacxeber.az

Oxşar xəbərlər