Erməni əsilli milyarder Rusiya vətəndaşlığından imtina etdi
Erməni əsilli milyarder Rusiya vətəndaşlığından imtina etdi
Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Ermənistana köçmək qərarını açıqlayıb. O, bütün erməniləri aqressiv ritorikadan istifadə etməməyə və nifrətin dərəcəsini azaltmağa çağırıb.
Tacxeber.az xəbər verir ki, 2020-ci il oktyabrın 6-sında Vardanyan Rusiya Prezidenti Vladimir Putinə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibəni dayandırmaq xahişi ilə müraciət etmişdi.
Vardanyan – “Troyka Dialoq” investisiya şirkətinin yaradıcısı və keçmiş sahibidir. 2021-ci ilə “Forbes” Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib.