• 20 Aprel 2024 07:23

Putin Qorbaçovla vidalaşdı – VİDEO

Putin Qorbaçovla vidalaşdı – VİDEO

Putin Qorbaçovla vidalaşdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Tacxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

O, Putinin hazırda Kalininqradda olduğunu, ora yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını söyləyib:.

“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və.dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər