• 27 İyul 2024 06:27

Qorxusundan 100 kq arıqladı – 30 yaşlı gəncin inanılmaz dəyişimi – FOTO

Amerikada çəkisi 200 kiloqram olan kişi qorxusundan 100 kiloqram arıqlayıb .

Qorxusundan 100 kq arıqladı -  30 yaşlı gəncin inanılmaz dəyişimi - FOTO

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Nyu-York ştatının Adams şəhərinin 200 kiloqramlıq sakini həkimin qorxusundan 100 kiloqram arıqlayıb.

30 yaşlı Ceykob Stivensonun uşaqlıqdan həddindən artıq yemək, fiziki aktivliyin olmaması və piylənməyə irsi meyllik səbəbindən artıq çəkiyə sahib olduğu bildirilib.

Onun səhər yeməyi menyusu isə insanı sözün əsl mənasında dəhşətə gətirir. Stivens səhər yeməyində təkbaşına bir paket yulaf əzməsi, iki burger, 5 dilim pizza, toyuq döşü və böyük bir prosiya makaron yediyini deyib.

Baş ağrılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edən Stivensona həkim təcili arıqlamasını məsləhət görüb. Əks halda onun 50 yaşında öləcəyini bildirib. Xəbərdarlıq işə yarayıb və həkimin həyatı ilə bağlı verdiyi proqnozdan qorxan 30 yaşlı Stivenson mədə kiçiltmə əməliyyatı, müntəzəm idman və düzgün qidalanma sayəsində arıqlayaraq çəkisini 100 kiloqrama endirib.

Tacxeber.az

Oxşar xəbərlər