Sankt-Peterburqdan Bakıya əlavə reys açılır
Sankt-Peterburqdan Bakıya əlavə reys açılır
![Sankt-Peterburqdan Bakıya əlavə reys açılır](https://sfera.az/photo/orginal/2022/09/01/1662001701_utair.jpg)
Rusiyanın “Utair” aviaşirkəti sentyabrın 7-dən etibarən sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys həyata keçirəcək.
Məlumata görə, “Utair” “Pulkovo” hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq.
Sentyabrın 7-dən isə daşıyıcı əlavə reys açacaq. Belə ki, indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək.