• 17 İyun 2024 08:48

ÜST-dən payız xəbərdarlığı – Çətin olacaq

ÜST-dən payız xəbərdarlığı – Çətin olacaq

ÜST-dən payız xəbərdarlığı - Çətin olacaq

“Payız yaxınlaşır, ardınca qış, Avropada mövsümi qripin yayılması ilə yanaşı, koronavirusa yoluxma hallarında kəskin artım gözlənilir”.

 

Tacxeber.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuge deyib.

 

Onun sözlərinə görə, payız-qış dövrü Avropada çətin keçəcək.

ÜST rəsmisi bildirib ki, bir neçə həftədən sonra Avropa regionunda pandemiyanın başlanmasından keçən 2,5 il ərzində COVID-19-a təsdiqlənmiş yoluxma hallarının ümumi sayının 250 milyona çatacağı proqnozlaşdırılır:

“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etmişik. Lakin virus hələ də geniş yayılmaqdadır, xəstələri xəstəxanaya yerləşdirmək lazım gəlir və çoxlu sayda insan hələ də xəstəlikdən ölür, baxmayaraq ki, onların ölməsinin qarşısını almaq olardı. Təkcə son bir həftə ərzində COVID-19 təqribən 3000 insanın həyatına son qoyub”.

Hans Klyuge qeyd edib ki, ÜST payız-qış dövrü üçün COVID-19 ilə mübarizə strategiyası hazırlayıb.

Tacxeber.az

Oxşar xəbərlər