• 27 İyul 2024 04:37

“Əgər müharibə başlayıbsa, deməli, Ermənistan rəhbərliyi siyasi hesablamalarda səhv edib” – Vardan Oskanyan

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın mediada Qarabağ danışıqlarının hazırkı mərhələsi və Ermənistanın nə etməli olduğu barədə məqaləsi dərc olunub.

2021/06/DSC04-1624439612.jpg

   

O qeyd ediib ki, 2018-ci ildə formalaşmış Ermənistan hakimiyyətinin diplomatiya və beynəlxalq münasibətlərə dair fundamental biliklərdən uzaq olduğunu və hələ də belə olduğunu qeyd etmək üçün əlavə faktlara ehtiyac yoxdur.

“Mən hələ də əminəm ki, baş vermiş insan və ərazi itkilərinin əsas səbəbi bu haldır və indi də davam etməkdədir.

Nikol Paşinyanın ilk diplomatik səhvi o oldu ki, o, qarşı tərəflə ölkə daxilində yeni yaradılmış hakimiyyətin mövqelərini sabitləşdirmək və möhkəmləndirmək üçün cəbhə xəttində atəş açmamaq barədə razılığa gəlib. İlk baxışdan görünə bilər ki, bu, məsum, hətta dahiyanə bir hərəkət idi. Lakin bu, Azərbaycan tərəfi ilə sərhəddə sülhün bərqərar olması müqabilində Ermənistanın qısa müddətdə əhəmiyyətli güzəştlər gözləntiləri yaradan ilk diplomatik kobud səhv idi.

Müharibələrin səbəbi həmişə münaqişə tərəflərinin gözləntilərinin ardıcıl formalaşması və sonda onların gecikməsi, pozulması və ya qane edilməməsidir.

Paşinyanın ikinci səhvi o oldu ki, o, danışıqların bütün mərhələlərinə və müvafiq sənədlərə tamamilə məhəl qoymayıb, danışıqlara öz sıfır nöqtəsindən başlayacağını bəyan edib.

Paşinyanın üçüncü diplomatik uğursuzluğu bir tərəfdən Qarabağ məsələsində dəqiq mövqe və siyasətin olmaması, digər tərəfdən ziddiyyətli bəyanatlar verməsi oldu. Düşünürəm ki, məhz onun fikirlərindəki dərin ziddiyyətlər Azərbaycana məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünü əsaslandırmaq və müharibənin qızışdırılmasına müəyyən qədər haqq qazandırmaq imkanı verdi.

Qarşısını almaq mümkün olmayan müharibə yoxdur. Bunun əksini iddia etmək siyasi acizliyə və fəaliyyətsizliyə haqq qazandıran yanlış və təhlükəli bir fərziyyədir. Əgər bizim qaçmaq istədiyimiz müharibə başlayıbsa, Ermənistan rəhbərliyi sadə siyasi hesablamalarda səhvə yol verib, danışıqlar prosesində uğursuzluğa düçar olub.

Təəssüf ki, bu tendensiya və diplomatik səhvlərin paradı davam edir, bizə yeni, lakin mütləq qarşısı alına bilən insan və ərazi itkiləri verir”, – deyə o bildirib.

Oskanyan qeyd edib ki, güc qarşısında acizliyin fatalizmi və ilkin diplomatik bacarıqların olmaması “hər şeylə razılaşaq, ondan uzaqlaşaq” düşüncəsinə gətirib çıxarır.

“Müharibədən sonrakı dövrdə Azərbaycanın təklif etdiyi növbəti danışıqlar gündəliyinin beş bəndinin danışıqlara belə başlamadan baş nazir və xarici işlər naziri səviyyəsində necə tamamilə məqbul sayıla biləcəyini izah etməyin başqa yolu yoxdur.

Bu gün erməni diplomatiyasının əsas vəzifəsi balanslaşdırılmış gündəmlə uzunmüddətli danışıqlara başlamaqdır.

Diplomatiya sonsuz imkanlar platformasıdır. Ən ümidsiz vəziyyətlərdə belə nəyisə düzəltmək, korrektə etmək olar. Fatalizmin əsl gücsüzlüklə heç bir əlaqəsi yoxdur. Öz səhvlərini etiraf etməmək, məsləhətlərə qulaq asmamaq bacarıq, bilik, təcrübəsizlik və inadkarlığın birləşməsidir. Üç ildən artıqdır ki, məhz bunun şahidi oluruq. Və yalnız bunun nəticəsində sonsuz itkilərlə üzləşirik”, – deyə keçmiş erməni nazir bildirib.

Alpər Mövludoğlu

Tacxeber.az

Oxşar xəbərlər