• 22 Noyabr 2024 23:54

Avropa çempionatında azərbaycanlı şahmatçı erməniyə qalib gəldi

Avropa çempionatında azərbaycanlı şahmatçı erməniyə qalib gəldi

Avropa çempionatında azərbaycanlı şahmatçı erməniyə qalib gəldi

“Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı”.

Tacxeber.az xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada keçirilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatının gümüş medalçısı Günay Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.

22 yaşlı şahmatçı tarixi uğur zamanı qızıl medala çox yaxın olduğunu bildirib: “20-31 avqustda Çexiyanın Praqa şəhərində keçirilmiş qadın şahmatçıların şəxsi Avropa çempionatında iştirak etdik. Əlbəttə, medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım. 44-cü Şahmat Olimpiadasından sonra digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən 0,5 xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam”.

O, çətin görüşünün polşalı Avropa çempionu, özündən 22 yaş böyük olan Monika Soçko ilə olduğunu qeyd edib: “Qalib olan Monika Soçko ilə partiya mənim üçün çətin oldu. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl iki erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qələbəm gümüş medalı qazanmağımda rol oynadı”.

Şahmatçı bildirib ki, bu uğurla Dünya Kubokuna vəsiqə qazanıb: “Hər bir uğur özü ilə böyük motivasiya gətirir. Avropa çempionatındakı nəticəm həm də Dünya Kubokuna lisenziya qazandırıb. Əsas məqsədim orada da yer tutub İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir”.

Məmmədzadə növbəti yarışları barədə də danışıb: “Növbəti yarışım bu ay Şuşada keçiriləcək beynəlxalq şahmat turniri olacaq. Bu yarışda iştirak etmək çox həyəcanverici, inanılmaz hissdir. İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur. 2-10 oktyabrda isə Avstriyanın Mayrhofen şəhərində klublararası Avropa çempionatı keçiriləcək. İnanıram ki, oradan da qələbə ilə Vətənə geri dönəcəyik”.

Tacxeber.az

Oxşar xəbərlər