Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana gələcək
Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana gələcək
Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Spiros Kapralos Bakıya gələcək.
Tacxeber.az xəbər verir ki, bu barədə”Report”a Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, yunanıstanlı funksioner MOK-un 30 illik yubiley tədbirində iştirak edəcək. Ç.Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxdan fərqli olaraq, EOC prezidentinin Azərbaycana səfərinin real olduğunu vurğulayıb: “Bax barədə bir söz deyə bilmərəm. Onun gəlişi çox qəlizdir. Amma Kapralosla söhbətlərim olub. O, yubiley tədbirində mütləq iştirak edəcək”.
Qeyd edək ki, MOK-un yubiley tədbiri noyabrın 10 – 12-də olacaq.