Avropada qaz ucuzlaşmağa davam edir
Avropada qaz ucuzlaşmağa davam edir
Avropada qazın qiyməti bu gün hərracın əvvəlində 1000 kubmetrə görə 2300 dollardan aşağı enib.
Tacxeber.az xəbər verir ki, bu barədə məlumat Londonun “ICE” birjasında yer alıb.
Məlumata görə, Niderlandın TTF habında qazın oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetrə görə 2279 dollara qədər enib.
Günün əvvəlindən qazın ümumi qiyməti 6%-dən çox enib.
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti 1000 kubmetrə görə 3500 dollar həddini ötüb. Bununla belə, avqustun 26-sı qaz qiymətləri nisbətən enməyə başlayıb.